Ərdoğan: “ABŞ-a iki həftə vaxt veririk”

Ərdoğan: “ABŞ-a iki həftə vaxt veririk”
# 18 sentyabr 2019 14:57 (UTC +04:00)

“İki həftə ərzində ABŞ-la Suriyada təhlükəsiz bölgə yaradılması məsələsi gerçəkləşməsə, öz hərəkat planımızı həyata keçirəcəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Recep Tayyip Ərdoğan 2019-2020-ci tədris ilinin açılış mərasimində deyib.

Ərdoğan qeyd edib ki, bu müddətdə nəticə olmasa, lazımi addım atılacaq.

“Təhlükəsiz bölgəyə Türkiyə və Avropada yaşayan 3 milyonadək qaçqını yerləşdirmək mümkündür. Avropadan Fəratın şərqi məsələsində daha çox dəstək gözləyirik. Qarşıdakı aylarda baş verən proseslər Suriya məsələsinin gələcəyini müəyyənləşdirəcək”, - deyə Ərdoğan əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR