Ərdoğan: “Terrorçuları idarə edən dövlətlər qarşımıza İŞİD düşməni kimi çıxırlar”

Ərdoğan: “Terrorçuları idarə edən dövlətlər qarşımıza İŞİD düşməni kimi çıxırlar”
# 16 oktyabr 2019 14:09 (UTC +04:00)

“İŞİD terror təşkilatını təkmilləşdirən, maddi cəhətdən dəstəkləyən, faktiki olaraq idarə edən dövlətlər bu gün qarşımıza ən böyük İŞİD düşməni kimi çıxırlar”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında çıxışı zamanı deyib.

Türkiyə ordusunun Suriyanın şimalında apardığı hərbi əməliyyatlara toxunan Ərdoğan Ərəb Dövlətləri Liqasını növbəti dəfə tənqid edib.

“Ərəb Dövlətləri Liqası indiyə kimi nə qədər suriyalı qaçqını qəbul edib? Suriyanı təşkilatdan çıxartdılar, indi də Türkiyəyə həqarət etmək üçün Suriyanı Ərəb Dövlətləri Liqasına geri qaytarmaq barədə layihə hazırlayırlar”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, Suriya problemi Şimali Afrika və Yaxın Şərqin yenidən dizayn olunması layihəsinin tərkib hissəsidir: “Bu layihənin ssenarisinin Avropa, Amerikada yazılması çoxdan məlumdur və bu problemin əvvəli 40 il öncəyə gedib çıxır. Məsələ İŞİD və ya PKK/PYD-də deyil. Bunun Türkiyənin bölünməsinə qarşı bir hərəkət olduğunu yaxşı bilirik. Türkiyə olaraq ya bu ssenarilərə boyun əyməli, ya da mübarizəmizə davam etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR