Ərdoğan: “Türkiyə Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır”

 Ərdoğan: “Türkiyə Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır”
# 01 oktyabr 2019 16:53 (UTC +04:00)

“Türkiyə Suriyanın suverenliyi, ərazi bütövlüyünün tərəfdarıdır”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) bu gün keçirilən açılış iclasında çıxışı zamanı deyib.

O bildirib ki, suriyalılar terror təşkilatlarının təhdidi ilə üzləşən zaman Türkiyə sərhədlərini onların üzünə açıb.

“Bizim əsas məqsədimiz tezliklə suriyalı qaçqınların ölkələrində yaşamaları üçün təhlükəsiz mühitin formalaşmasıdır. Türkiyədən vətənlərinə qayıdan qaçqınların sayı 360 min nəfərə çatıb. Ölkəmizə qarşı Suriyada olan terror təhdidi artıq dözülməz hal alıb”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan qeyd edib ki, Türkiyə Azərbaycandan tutmuş Qazaxıstana, Balkan ölkələrində baş verənlərə biganə qalmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR