Ərəb koalisiyası Qırmızı dənizdə minalanmış qayıq ələ keçirib

Ərəb koalisiyası Qırmızı dənizdə minalanmış qayıq ələ keçirib
# 20 sentyabr 2019 03:54 (UTC +04:00)

Ərəb koalisiyası cümə axşamı Qırmızı dənizdə “Ənsar Allah” (Husilər) hərəkatının üsyançıları tərəfindən Yəməndən dənizə buraxılmış və partlayıcı maddə quraşdırılmış bir gəmini saxlayaraq məhv edib.

APA "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, bu barədə Ər-Riyad polkovniki Turki əl-Malikinin rəhbərlik etdiyi alyans komandanlığının rəsmi nümayəndəsi bildirib.

“İttifaqın dəniz qüvvələri bu səhər husilərin partlayıcı quraşdırılmış qayığı Hodeyda əyalətindən dənizə buraxaraq uzaqdan idarə edilməklə Qırmızı dənizin cənubunda terror aktı həyata keçirmək niyyətini ifşa edib, regional və beynəlxalq, eləcə də dəniz nəqliyyat yolları və dünya ticarəti üçün təhlükəli olan hədəf zərərsizləşdirilib”, - əl-Maliki belə deyib.

Polkovnikin sözlərinə görə, birləşmiş koalisiya qüvvələrinin komandanlığı üsyançılara qarşı “sərt qarşısıalınma tədbirləri”ni davam etdirir, onların sistematik olaraq “regional və beynəlxalq təhlükəsizliyə təhlükə yaradan potensiallarını zərərsizləşdirir və aradan qaldırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR