Filippində güclü zəlzələ baş verib, ölən və yaralananlar var

 Filippində güclü zəlzələ baş verib, ölən və yaralananlar var
# 17 oktyabr 2019 08:47 (UTC +04:00)

Filippinin Mindanao adasında çərşənbə günü 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

APA Sinxua xəbər agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində beş nəfər ölüb, 77 nəfər yaralanıb.

Bundan başqa, Makilala şəhərində 17 nəfər, Tulunan, Maqsaysay və Diqos bölgələrində isə 60 nəfərin yaralandığı bildirilir.

Zəlzələnin episentri Sultan Kudarat əyalətindəki Kolumbio kəndindən 7 kilometr məsafədə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR