Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Ankaraya səfər edib

Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Ankaraya səfər edib
# 19 noyabr 2020 14:00 (UTC +04:00)

Əfqanıstan Milli Barışıq Ali Şurasının sədri Abdullah Abdullah bu gün Ankaraya səfər edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində A. Abdullahla Əfqanıstanda sülh prosesi və Türkiyə ilə bu ölkə arasında əlaqələr haqqında məsələlər müzakirə olunacaq.

Əfqanıstan Milli Barışıq Ali Şurasının sədrinin səfəri sabah da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR