Əfqanıstanda “Taliban” silahlılarının hücumu nəticəsində 23 hərbçi və polis ölüb

Əfqanıstanda “Taliban” silahlılarının hücumu nəticəsində 23 hərbçi və polis ölüb
  • Clock-gray 12:32
  • calendar-gray 01 Yanvar 2020

Əfqanıstanın Qunduz, Bəlx və Tahar vilayətlərində  “Taliban” silahlılarının hücumu nəticəsində 23 hərbçi və polis ölüb.

APA-nın xəbərinə görə, bu barədə “1TV” telekanalı məlumat yayıb.

“Taliban” silahlılarının Qunduz vilayətində hərbi posta hücumu nəticəsində 8 hərbçi ölüb, 4 nəfər xəsarət alıb. Tahar vilayətinin Darkad rayonunda “Taliban” silahlılarının hücumu nəticəsində 7 hərbçi ölüb. Döyüşdə 11 silahlı öldürülüb.

 “Tolo News” telekanalı isə Bəlx vilayətində postlara hücum nəticəsində 8 polisin öldüyü barədə məlumat yayıb.

apa-logo-mini

Digər xəbərlər