Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 17 nəfər ölüb

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 17 nəfər ölüb
  • Clock-gray 12:12
  • calendar-gray 29 Dekabr 2019

Əfqanıstanda “Taliban” döyüşçüləri hökumətə bağlı özünümüdafiə qüvvələrinin bazasına hücum edib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə Tahar əyalətinin Xvaja Bahavoddin rayonunda qeydə alınıb.

Hücum nəticəsində özünümüdafiə qüvvələrindən 17 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Hücum zamanı terrorçular da itki verib.

Zümrüd Paşkin

Digər xəbərlər