Əfqanıstanda "Taliban"ın nəzarət-keçid məntəqəsinə hücumu zamanı 14 hərbçi ölüb

Əfqanıstanda "Taliban"ın nəzarət-keçid məntəqəsinə hücumu zamanı 14 hərbçi ölüb
  • Clock-gray 12:12
  • calendar-gray 30 Dekabr 2019

"Taliban" qruplaşması Əfqanıstanın şimalındakı Cauzcan əyalətində nəzarət-keçid məntəqəsinə hücum edib.

APA-nın yerli "1TV" kanalına istinadən verdiyi xəbərə görə, radikal qruplaşmanın hücumu nəticəsində 14 hərbçi ölüb, 5 nəfər isə yaralanıb.

Faktı əyalətin qubernatoru Abdul Maruf Azara təsdiqləyib. 

Hücum zamanı "Taliban" qruplaşmasının 7 yaraqlısı öldürülüb, 3 nəfər isə yaralanıb.

Zümrüd Paşkin

Digər xəbərlər