Əfqanıstanda ABŞ hərbçilərinə silahlı hücum olub

Əfqanıstanda ABŞ hərbçilərinə silahlı hücum olub
# 09 fevral 2020 06:09 (UTC +04:00)

ABŞ hərbçiləri Əfqanıstanda silahlı hücuma məruz qalıblar, yaralılar var.

APA xəbər verir ki, bu barədə “France Presse” agentliyi ABŞ ordusunun Əfqanıstandakı nümayəndəsi polkovnik Sonni Leqqettaya istinadən məlumat yayıb.

“Nanqaharda birgə əməliyyat aparan amerikalı və əfqan hərbçilər 8 fevralda birbaşa hücuma məruz qalıblar. Hələlik nə qədər yaralı və ya ölünün olması barədə məlumatımız yoxdur”, - deyə mənbə bildirib.

Heç bir silahlı qruplaşma hələ ki hücuma görə məsuliyyəti üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR