Əfqanıstanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi qaçırılıb

Əfqanıstanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi qaçırılıb
# 29 noyabr 2020 11:35 (UTC +04:00)

Əfqanıstanın mərkəzindəki Vardak vilayətində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşı naməlum şəxslər tərəfindən qaçırılıb.

APA bildirir ki, bu barədə “Ariana News” telekanalı BQXK-ya istinadən xəbər verib.

Məlumata görə, şənbə günü girov götürülən əməkdaşın sərbəst buraxılması üçün danışıqlar aparılır.

Qeyd edək ki, hələ ki, ölkədə fəaliyyət göstərən qrupların heç biri BQXK-nin nümayəndəsini qaçırdıqlarını elan etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR