Əfqanıstanda “Taliban” 6 polis əməkdaşını öldürüb

Əfqanıstanda “Taliban” 6 polis əməkdaşını öldürüb
# 12 avqust 2020 09:24 (UTC +04:00)

Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində polis əməkdaşları öldürülüb.

APA-nın “TOLO News”a istinadən verdiyi xəbərə görə, Əfqanıstanın şərqində Nanqarxar vilayətində “Taliban” döyüşçüləri nəzarət-buraxılış məntəqəsinə hücum ediblər.

Hücum nəticəsində ən azı 6 polis əməkdaşı öldürülüb.

Hücum zamanı “Taliban” da itkilər verib. Belə ki, toqquşma zamanı 3 döyüşçü öldürülüb, 2 nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR