Əfqanıstanda "Taliban" mülki şəxsləri girov götürüb

Əfqanıstanda "Taliban" mülki şəxsləri girov götürüb
# 08 sentyabr 2020 13:21 (UTC +04:00)

Əfqanıstanda "Taliban" yaraqlıları mülki şəxsləri girov götürüb.

APA-nın "Tolo News"a istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstanın Pəncşir vilayət şurasının rəhbəri məlumat verib.

Vilayətin Əbşar rayonun rəhbərliyi isə bildirib ki, "Taliban" yaraqlıları Şəhr-e-Gülgülə ərazisində 10 mülki şəxsi girov götürüb və onları ərazidəki məsciddə saxlayır.

Əraziyə təhlükəsizlik qüvvələrinin gəldiyi və məscidin mühasirəyə alındığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR