Əfqanıstanda “Taliban”la döyüşlərdə həlak olan hərbçilərin sayı 24-ə çatıb - YENİLƏNİB

Əfqanıstanda “Taliban”la döyüşlərdə həlak olan hərbçilərin sayı 24-ə çatıb - YENİLƏNİB
# 04 mart 2020 14:06 (UTC +04:00)

Əfqanıstanda “Taliban” üzvləri ilə atışmada ölənlərin sayı artıb.

APA-nın 1TV telekanalına istinadən verdiyi məlumata görə, bu gecə Əfqanıstanın mərkəzində yerləşən Uruzqan əyalətinin inzibati mərkəzi olan Tarinkot şəhərində döyüşlərdə altı əsgər həlak olub, yeddisi yaralanıb.

Beləliklə, bir gecədə “Taliban”la döyüşlərdə həlak olan təhlükəsizlik əməkdaşlarının sayı 24-ə çatıb.

***

11.29

Əfqanıstanda “Taliban” qruplaşmasının üzvləri ilə döyüşlərdə dövlət təhlükəsizliyinin 18 əməkdaşı həlak olub.

APA-nın 1TV telekanalına istinadən verdiyi məlumata görə, taliblər bu gecə Qunduz əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Hücum dəf edilən zaman 15 əsgər və 3 polis əməkdaşı həlak olub. Qarşı tərəfin itkiləri barədə açıqlama verilmir.

Bundan başqa, bu gün səhər Qunduz əyalətinin Tacikistan sərhədinə yaxın İmam Sahib dairəsində 10 əsgər oğurlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR