Əfqanıstanda "Taliban"la əlbir olan əsgər 7 hərbçini öldürüb

Əfqanıstanda "Taliban"la əlbir olan əsgər 7 hərbçini öldürüb
  • Clock-gray 05:36
  • calendar-gray 06 Yanvar 2021

Əfqanıstanın cənubundakı Qəzni əyalətində “Taliban” radikal dini hərəkatla bağlılığı olan bir əsgər ölkənin milli ordusunun yeddi əsgərini öldürüb və öz döyüş postunu tərk edib.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” özəl mənbəyə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, o, hərbçiləri zəhərləyib, daha sonra isə güllələyib. “Talibançı” əsgər silah-sursatı ilə birgə ərazidən qaçıb.

“Taliban” hərəkatı hərbçilərin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

 

apa-logo-mini

Digər xəbərlər