Əfqanıstanda aviazərbə nəticəsində 12 mülki şəxs ölüb

Əfqanıstanda aviazərbə nəticəsində 12 mülki şəxs ölüb
  • Clock-gray 13:37
  • calendar-gray 10 Yanvar 2021

Ötən gecə Əfqanıstanın Nimroz əyalətində aviazərbə nəticəsində 12 mülki şəxs ölüb.

APA-nın “Tolo News” telekanalına istinadən verdiyi məlumata görə, bunu əyalət Şurasının rəhbəri Məhəmməd Nəsir bildirib.

Munaziri kəndinə endirilən aviazərbə nəticəsində 12 mülki şəxs ölüb. Həmin ərazidə “Taliban” Hərəkatının mövqelərinə də hücum olub, ancaq məhv edilən taliblər barədə məlumat yoxdur.

Əfqanıstan təhlükəsizlik qüvvələri hələlik Nimroz əyalətində aparılan əməliyyat barədə hər hansı informasiya açıqlamayıb.

apa-logo-mini

Digər xəbərlər