Əfqanıstanda avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb

Əfqanıstanda avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb
# 11 iyul 2020 22:33 (UTC +04:00)

Əfqanıstanın Qəzni əyalətində partlayıcı quraşdırılmış avtomobilin partladılması nəticəsində 6 dinc sakin ölüb.

APA xəbər verir ki, bu barədə Tolo News” telekanalı əyalətin qubernatorunun mətbuat katibi Vahidulla Cumazadəyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, insident Caqatu dairəsində baş verib.

Bildirilir ki, partlayıcı qurğunu avtomobilə “Taliban” radikal hərəkatının üzvləri yerləşdirib. Hərəkatın üzvləri isə partlayışa görə məsuliyyəti öz üzərlərinə götürməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR