Əfqanıstanda bomba partlaması nəticəsində 6 nəfər ölüb

Əfqanıstanda bomba partlaması nəticəsində 6 nəfər ölüb
# 24 iyun 2020 12:20 (UTC +04:00)

Əfqanıstanın şimalındakı Cövzcan vilayətində bomba partlaması nəticəsində azı altı nəfər həlak olub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Əfqanıstanın Daxili İşlər Nazirliyinin (DİN) mətbuat katibi Tarik Arian hadisədə “Taliban” hərəkatını ittiham edib.

O, hadisənin çərşənbə axşamı Mərdiyan rayonunda baş verdiyini bildirib.

“Taliban” hələlik hadisə haqqında açıqlama verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR