Əfqanıstanda iki partlayış zamanı 3 nəfər ölüb, 7 nəfər yaralanıb

Əfqanıstanda iki partlayış zamanı 3 nəfər ölüb, 7 nəfər yaralanıb
# 14 mart 2021 23:01 (UTC +04:00)

Əfqanıstanın Kabul şəhərinin müxtəlif yerlərində baş verən iki partlayış nəticəsində azı üç nəfər ölüb, daha 12 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Məlumata görə, hər iki partlayışda hədəf sərnişin avtobusları olub. İlk partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Təxminən bir saatdan sonra baş verən ikinci partlayış zamanı isə iki nəfər ölüb, 7 nəfərin yaralanıb.

İnsidentlə bağlı hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR