Əfqanıstanda mina partlayışında 10 nəfər ölüb

Əfqanıstanda mina partlayışında 10 nəfər ölüb
# 13 dekabr 2019 14:46 (UTC +04:00)

Əfqanıstanın şərqində yerləşən Qəzni vilayətində yolun kənarına quraşdırılmış mina partlayıb.

APA-nın Çinin “Xinxua” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Əfqanıstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 10 nəfər ölüb.

Rəsmi qurumlar “Taliban”ı günahlandırsalar da, onlar hadisəyə görə məsuliyyəti üzərlərinə götürməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR