Əfqanıstanda partlayış nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb

Əfqanıstanda partlayış nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb
# 03 yanvar 2021 18:50 (UTC +04:00)

Əfqanıstanın şərqində yerləşən Kapisa vilayətində avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA bildirir ki, bu barədə Tolo News telekanalı məlumat verib. Kapisa vilayətinin başçısı Məhəmməd Hüseyn Sancani bildirib ki, partlayış bazarda baş verib. Qurbanların arasında Əfqanıstanın paytaxtı Kabildən Kapisaya yollanan əyalətin ilahiyyatçılar məclisinin başçısı da olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR