Əfqanıstanda partlayış zamanı mülki şəxslər yaralanıb

Əfqanıstanda partlayış zamanı mülki şəxslər yaralanıb
  • Clock-gray 04:52
  • calendar-gray 01 Dekabr 2020

Əfqanıstan paytaxtındakı küçələrin birində quraşdırılmış minanın partlaması nəticəsində iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “TOLOnews” telekanalı Əfqanıstan polisinə istinadən məlumat yayıb.

Partlayışın hədəfi polis avtomobili olub. Ancaq nəticədə mülki şəxslər ziyan görüb.

Telekanal qeyd edir ki, noyabr ayında Kabildə maqnit minalarının və raketlərin istifadə olunduğu 10 partlayış baş verib.

apa-logo-mini

Digər xəbərlər