Əfqanıstanda terror aktı nəticəsində 5 nəfər ölüb

Əfqanıstanda terror aktı nəticəsində 5 nəfər ölüb
# 11 fevral 2020 11:03 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktı nəticəsində 5 nəfər ölüb.

APA-nın "TOLO News" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Nəsrət Rəhimi bildirib.

Terror aktı Kabildə Marşal Rəhim adına hərbi akademiyanın yaxınlığında baş verib.

Hadisə nəticəsində 4 hərbçi və bir mülki şəxs ölüb, 5 hərbçi və bir mülki vətəndaş isə yaralanıb.

Hələlik heç bir qruplaşma hadisənin məsuliyyətini öz üzərinə götürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR