Əfqanıstanda terror aktı nəticəsində qubernator müavini həlak olub

Əfqanıstanda terror aktı nəticəsində qubernator müavini həlak olub
# 15 dekabr 2020 10:20 (UTC +04:00)

Kabil əyaləti qubernatorunun müavini və onun katibi terror aktının qurbanı olub.

APA-nın 1TV telekanalına istinadən verdiyi məlumata görə, Əfqanıstanın Kabil əyalətində bomba partladılıb.

Terror aktı paytaxt Kabilin Makrorian Çar rayonunda törədilib.

Nəticədə qubernatorun müavini və onun katibi həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR