Əfqanıstanda terrorçuların polis avtomobilinə hücumu nəticəsində 1 zabit öldürülüb

Əfqanıstanda terrorçuların polis avtomobilinə hücumu nəticəsində 1 zabit öldürülüb
# 26 dekabr 2019 08:22 (UTC +04:00)

Əfqanıstanın şimalında Qunduz şəhərində səhər saat 6:30-da terrorçular tərəfindən polis avtomobilinə hücum olub.

APA -nın Sputnik-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində bir polis zabiti öldürülüb, digəri yaralanıb.

Hadisə şahidləri isə silahlı insident zamanı bir polisin öldüyünü ifadə edərək, iki zabitin və üç mülki şəxsin yaralandığını deyiblər.

“Taliban” terror təşkilatı hadisənin məsuliyyətini öz üzərinə götürüb.

Silahlı cinayətkarların tutulması istiqamətində polis tərəfindən əməliyyat tədbirlərinin davam etdiyi bildirilir.

Əfqanıstan Milli Ordusunun 205-ci korpusunun sözçüsü Yahya Alavin bildirib ki, günün birinci yarısında – hadisədən sonra Meyvənd əyalətinin Qəndahar rayonunda əməliyyat keçirilib. Əməliyyat zamanı silahlı terror qruplaşmasının 25 üzvü öldürülüb, 5-i yaralanıb.

Qeyd edək ki, Əfqanıstan hökuməti uzun müddətdir ki, “Taliban”la bağlı müxtəlif silahlı qruplaşmalarla mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR