Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı öldürülüb

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı öldürülüb
# 13 iyul 2020 13:47 (UTC +04:00)

Əfqanıstanda “Taliban” döyüşçüləri tərəfindən Kunduz vilayətində yerləşən hərbi və polis məntəqələrinə hücum edilib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Kunduz vilayətinin valiliyinin sözçüsü Esmatullah Muradi keçirdiyi mətbuat konfransında bildirib ki, hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 14 əməkdaşı öldürülüb.

O əlavə edib ki, hadisə zamanı daha 2 nəfər xəsarət alıb.

“Terrorçular da itki verib. Belə ki, 3 terrorçu məhv edilib, 4 terrorçu isə yaralanıb”, - deyə E. Muradi vurğulayıb.

“Taliban” isə silahlı hücum zamanı təhlükəsizlik qüvvələrinin 19 əməkdaşının öldürüldüyü açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR