Əfqanıstanda təhlükəsizlik qüvvələrinin helikopteri vurulub, 9 nəfər ölüb

Əfqanıstanda təhlükəsizlik qüvvələrinin helikopteri vurulub, 9 nəfər ölüb
# 18 mart 2021 09:54 (UTC +04:00)
Əfqanıstanda təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı helikopter qəzasında həlak olub.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin məlumatına əsasən, Əfqanıstanın Maydan Vardak əyalətində baş verən qəzada helikopterin ekipaj üzvləri və xüsusi təyinatlı heyət həlak olub.

Əyalət rəsmisi bildirib ki, helikopter havaya qalxarkən raketlə vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR