Fransa prezidentinin müşaviri İrana səfər edəcək 

Fransa prezidentinin müşaviri İrana səfər edəcək 
# 08 iyul 2019 12:09 (UTC +04:00)

Fransa prezidenti Emmanuel Makronun müşaviri Tehrana səfər edəcək.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

Rusiya və Çinin Hərtərəfli Birgə Fəaliyyət Planı haqqında danışan A. Musəvi deyib ki, İran heç bir ölkəyə ümid bağlamayıb: “Nə dostlarımız olan Çin və Rusiyaya, nə də Avropa ölkələrinə ümid bağlamışıq. Bizim üçün önəmli olan verilən vədələrə əməl edilməsidir”.

İngiltərənin İran gəmisini saxlamasına münasibət bildirən A. Musəvi diplomatik addımların atıldığını xatırladın: “İki dəfə Britaniyanın Tehrandakı səfirinə və bir dəfə İspaniyanın səfirinə etiraz notası vermişik. Gəminin Suriyaya neft daşıması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir, bu gəmi super tankerdir və Suriya limanlarında gəminin yanalması üçün potensial yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR