G20 ölkələri plastiklərlə mübarizə üzrə beynəlxalq orqan yaradacaq

G20 ölkələri plastiklərlə mübarizə üzrə beynəlxalq orqan yaradacaq
# 16 iyun 2019 14:43 (UTC +04:00)

G20 ölkələrinin ekologiya və energetika nazirləri dünyada ilk dəfə okeanları çirkləndirən plastik zibillərin azaldılması üçün beynəlxalq orqan yaradılması barədə razılığa gəliblər.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu, G20 ölkələrinin ekologiya və energetika nazirlərinin görüşünün yekunu bağlı qəbul edilən Bəyannamədə əksini tapıb.

Sənədə əsasən, hər bir ölkə plastik zibillərlə bağlı öz tədbirlərini həyata keçirməli və görülən işlərin nəticələri barədə həmin orqana mütəmadi hesabat təqdim etməlidir. Bəyannamədə plastik zibillərin azaldılması sahəsində konkret rəqəm əksini tapmayıb.

G20 ölkələrinin ekologiya və energetika nazirlərinin görüşü 15-16 iyun tarixlərində Yaponiyanın Karuidzava şəhərində keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR