Hindistan hökuməti bir neçə gün ərzində Cəmmu və Kəşmirdə məhdudiyyətləri aradan qaldıracaq

Hindistan hökuməti bir neçə gün ərzində Cəmmu və Kəşmirdə məhdudiyyətləri aradan qaldıracaq
# 16 avqust 2019 15:51 (UTC +04:00)

Hindistan hökuməti Cəmmu və Kəşmirdə tədbiq etdiyi məhdudiyyətləri bir neçə gün ərzində aradan qaldırmaq niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Hindistanın dövlət prokuroru Tuşar Mehta bildirib.

“Hindistan hökuməti ölkənin Ali Məhkəməsini regionda hərəkət, telefon və internet xidmətlərinə məhdudiyyətləri aradan qaldırmağa hazır olduğu ilə bağlı xəbərdar edib. Məhdudiyyətlər bir neçə gün ərzində aradan qaldırılacaq”, - T. Mehta deyib.

Avqustun 19-dan Cəmmu və Kəşmirdəki ümumtəhsil müəssisələri öz fəaliyyətini bərpa edəcək.

Qeyd edək ki, avqustun 5-də rəsmi Nyu Deli Cəmmu və Kəşmir ştatına xüsusi status təmin edən Konstitusiyanın 370-ci maddəsinin ləğvini bəyan edib. Xüsusi statusa əsasən, Cəmmu və Kəşmirin muxtariyyatı, öz bayrağı və digər imtiyazları var idi. Hindlilər orada torpaq almaq hüququna malik deyildi. Rəsmi İslamabad Hindistanın bu qərarını qəti şəkildə pisləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR