Hindistanda daşqın nəticəsində 200-dən çox insan ölüb

 Hindistanda daşqın nəticəsində 200-dən çox insan ölüb
# 13 sentyabr 2019 13:23 (UTC +04:00)

Hindistanın mərkəzi Madxya-Pradeş ştatında yağan leysan yağışları daşqına səbəb olub, nəticədə 202 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə NDTV məlumat yayıb.

Telekanalın məlumatına əsasən, 10 min bina, 231 ev tamamilə dağılıb.

Məlumatda o da bildirilib ki, 8 mindən çox insan təbii fəlakət bölgəsindən təxliyə edilib.

Madxya-Pradeş ştatının rəhbərliyi ölənlərin ailələrinə maddi yardım göstəriləcəyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR