Hindistanda hasarın uçması nəticəsində azı 12 nəfər ölüb

Hindistanda hasarın uçması nəticəsində azı 12 nəfər ölüb
# 02 iyul 2019 08:03 (UTC +04:00)

Hindistanın Mumbay şəhərində hasarın gecəqondu daxmalarının üstünə aşması nəticəsində 12 nəfər ölüb, daha 13 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “ANI” agentliyi məlumat yayıb.

Məlumata görə, hasarın aşmasına səbəb güclü musson yağışları olub. Dağıntılar altında hələ də qalanların olduğu bildirilir.

Hadisə yerində xilasetmə işləri davam etdirilir. Xilas olunan yaralılar xəstəxanalara yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR