Hindistanda məbəd uçub, 4 nəfər ölüb

Hindistanda məbəd uçub, 4 nəfər ölüb
# 23 avqust 2019 11:45 (UTC +04:00)

Hindistanın Qərbi Benqal ştatında hindu məbədinin uçması nəticəsində ən azı 4 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

APA-nın ANİ agentliyinə istinadən verdiyi xəbərə görə, insident Canmaştami bayramı qeyd olunan zaman baş verib. Hadisə zamanı məbəddə qadınlar və uşaqlar da daxil olmaqla, çoxlu sayda insan olub.

Hadisənin baş vermə səbəbi hələ müəyyən edilməyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR