Hindistanda yol qəzasında 11 nəfər ölüb

Hindistanda yol qəzasında 11 nəfər ölüb
# 18 noyabr 2019 11:11 (UTC +04:00)

Hindistanda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, bu barədə ANİ informasiya agentliyi məlumat yayıb.

Hadisə bu gün səhər saatlarında Hindistanın şimalında qeydə alınıb. Sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 11 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəzanın baş vermə səbəbi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR