Əhməd Davudoğlu koronavirusa yoluxub

Əhməd Davudoğlu koronavirusa yoluxub
# 27 noyabr 2020 19:35 (UTC +04:00)

Türkiyənin sabiq Baş naziri, Gələcək Partiyanın sədri Əhməd Davudoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Ə. Davudoğlu “Twitter”də bildirib.

“Bu gün COVID-19 testimin nəticəsi pozitiv çıxdı. Ümumilikdə vəziyyətim normaldır. Karantin müddəti ərzində partiya ilə bağlı fəaliyyətim evdən davam edəcək” – deyə sabiq Baş nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR