Honkonq küçələrində keçirilən növbəti aksiyalarda 17 nəfər xəsarət alıb

Honkonq küçələrində keçirilən növbəti aksiyalarda 17 nəfər xəsarət alıb
# 03 noyabr 2019 02:23 (UTC +04:00)

Honkonqda iğtişaşlara çevrilən kütləvi hökumət əleyhinə etirazlar zamanı azı 17 nəfər xəsarət alıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “RTHK” teleradio korporasiyası məlumat yayıb .

Məlumata görə, zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Artıq bir neçə yaralı nümayişçi xəstəxanalardan evə buraxılıb.

Şənbə günü Honkonq polisi şəhər mərkəzində növbəti icazəsiz aksiyaya çıxan nümayişçiləri dağıtmaq üçün yenidən gözyaşardıcı qazdan, həmçinin su şırnaqlarından istifadə edib.

İğtişaşlar Kozuey-Bey məhəlləsindəki Viktoriya parkından başlayıb və sonradan qonşu bölgələrə yayılıb. Yüzlərlə maskalı etirazçı yolları bağlamağa çalışıb. Radikallar asayiş keşikçilərinə qarşı daş və “molotov kokteyli” atıb və hətta “Sinhua” Xəbər Agentliyinin yerləşdiyi binanın şüşəli qapı və pəncərələrini sındırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR