Honkonq parlamenti ekstradisiya haqqında qanun layihəsinin baxılacağı iclası ləğv edib

Honkonq parlamenti ekstradisiya haqqında qanun layihəsinin baxılacağı iclası ləğv edib
  • Clock-gray 09:10
  • calendar-gray 12 İyun 2019

Honkonqun qanunvericilik şurası yüz minlərlə insanın iştirakı ilə şəhəri bürüyən etiraz aksiyalarının fonunda Çin Xalq Respublikasına ekstradisiya məsələlərinə dair qanun layihəsinin baxılacağı iclası təxirə salıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, parlamentin katibliyi sessiyanın hansı müddətədək təxirə salındığı barədə məlumat verməyib.

Qeyd edək ki, qanun layihəsi şəhər ərazisində ciddi etirazla qarşılanıb. Yüz minlərlə nümayişçi küçələrə çıxaraq etirazlarını bildiriblər. Etirazçı kütlələri ilə polis arasında qarşıdurmalar da olub. Aksiya iştirakçıları yolları bağlayaraq nəqliyyatın hərəkətinə mane olub.

Sərxan Kamallı

Digər xəbərlər

Arxiv

date