Honkonqda aksiyaçılar ticarət mərkəzinə hücum edib

Honkonqda aksiyaçılar ticarət mərkəzinə hücum edib
# 22 sentyabr 2019 15:19 (UTC +04:00)

Bu gün Honkonq polisi hökumət əleyhinə aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

APA-nın RTHK nəşrinə istinadən verdiyi məlumata görə, aksiyaçılar Şatin rayonunda Pekin hökumətini dəstəkləyən “New Town Plaza” ticarət mərkəzinin mağazalarına hücum edib.

Aksiyaçılar ticarət mərkəzində canlı sədd yaradıb, Çin bayrağını yer ataraq tapdalayıb, bundan sonra zibil vedrəsinə qoyaraq çaya atıblar. Eyni zamanda ticarət mərkəzi yaxınlığında barrikada quraraq yanğın törədiblər. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib, aksiyaçılar isə polisz daş-kəsək və yandırıcı maddə dolu butulkalar atıblar.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları 3 aydan çoxdur ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini yerinə yetirməyib. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Artıq aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR