Honkonqda ikimərtəbəli avtobus qəzaya uğrayıb, 30-dan çox insan yaralanıb

Honkonqda ikimərtəbəli avtobus qəzaya uğrayıb, 30-dan çox insan yaralanıb
# 16 noyabr 2019 18:47 (UTC +04:00)

Honkonq magistrallarının birində ikimərtəbəli avtobusun qəzaya uğraması nəticəsində ən azı 33 nəfər xəsarət alıb.

Bu barədə APA “South China Morning Post” qəzetinə istinadən xəbər verir.

Qəzetin dərc etdiyi məlumata görə, avtobus tunelə daxil olarkən yol bölücüsünə çırpılıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Hazırda polis qəzanın səbəblərini müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR