Honkonqda Qanunverici Şuranın iki üzvü aksiyalara dəstəyə görə saxlanılıb

Honkonqda Qanunverici Şuranın iki üzvü aksiyalara dəstəyə görə saxlanılıb
# 31 avqust 2019 01:49 (UTC +04:00)

Honkonq polisi Vətəndaş partiyasının etiraz aksiyalarını dəstəklədiyinə görə Qanunverici Şuranın iki üzvünü – Ceremi Tam və O Nok-Xini saxlayıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə partiyanın açıqlamasında deyilir.

Bildirilir ki, həmin şəxslər polisə müqavimət göstərdikləri üçün həbs edilib.

Bundan əvvəl polis “Demosisto” radikal etiraz hərəkatının iki fəalını saxlamış, daha sonra sərbəst buraxmışdı. Son bir neçə sutka ərzində iğtişaşlar törətməkdə şübhəli bilinən daha bir neçə fəal, həmçinin Vətəndaş partiyasının Qanunverici Şuradakı üzvü Çen Çun da saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR