Honkonqda yenidən aksiyalar başlayıb, polis gözyaşardıcı qaz tətbiq edib

Honkonqda yenidən aksiyalar başlayıb, polis gözyaşardıcı qaz tətbiq edib
  • Clock-gray 13:04
  • calendar-gray 27 Oktyabr 2019

Bu gün Honkonqda yenidən etiraz aksiyaları başlayıb.

APA-nın RTHK telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 15.00-da aksiyaçılar şəhərdə Kosmos muzeyinin qarşısına toplaşıblar.

Yarım saat sonra hadisə yerinə polis qüvvələri cəlb edilib. Aksiyaçılar polisə müxtəlif predmetlər atıb, təhqiramiz ifadələr səsləndiriblər. Polis aksiyaçıları dağıtmaq üçün rezin dəyənək və gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 5 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə  muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.

Oktyabrın 4-də isə aksiyalar zamanı maska taxılmasına qadağanı və maska taxanların 3,2 min dollar cərimələnməsini nəzərdə tutan qanunun qəbul edilməsi növbəti gərginliyə yol açıb.

 

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date