İndoneziyada 5.9 bal gücündə zəlzələ olub

İndoneziyada 5.9 bal gücündə zəlzələ olub
# 15 sentyabr 2019 02:14 (UTC +04:00)


APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, şənbə günü İndoneziya sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerli vaxtla saat 16.21-də qeydə alınıb. Mərkəzi 10 kilometr dərinlikdə yerləş zəlzələnin episentri Laivui (Şimali Maluku əyaləti) kəndindən 108 kilometr şimal-şərqdə yerləşib.

Hələ ki, tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, İndoneziya da Sakit okean halqası adlanan hissəyə aiddir. Hər il seysmoloqlar burada 4 bal gücündən yuxarı 6-7 min zəlzələ qeydə alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR