İndoneziya paytaxtının elektrik enerjisi təchizatı dayanıb

İndoneziya paytaxtının elektrik enerjisi təchizatı dayanıb
# 04 avqust 2019 16:28 (UTC +04:00)

İndoneziyanın paytaxtı Cakartada, Qərbi Yava və Banten əyalətlərində minlərlə evin elektrik enerjisi təchizatı dayanıb.

APA-nın "Jakarta Post" nəşrinə istinadən verdiyi məlumata görə, günorta saatlarında işıqlar sönüb, şəhərətrafı qatarların hərəkəti dayanıb.

PLN Dövlət Enerji Şirkəti enerji təchizatının dayanmasının elektrik stansiyasında qaz turbini ilə əlaqədar problemdən qaynaqlandığını açıqlayıb. Eyni zamanda Cakartada enerji təchizatının bərpası üçün 3 saat lazım olduğu bildirilib. Əyalətlərdə enerji təchizatının isə 4-5 saat ərzində bərpa edilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR