İran sürətli zənginləşdirilmiş uran istehsal edən sentrifuqalarının sayını artırıb

İran sürətli zənginləşdirilmiş uran istehsal edən sentrifuqalarının sayını artırıb
# 04 noyabr 2019 15:28 (UTC +04:00)

İran inkişaf etdirilmiş IR-6 sentrifuqalarının sayını artırıb.

APA-nın xəbərinə görə, bu barədə İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

O bildirib ki, İran uranın zənginləşdirilməsi üçün İR-6 tipli 30 yeni setrifuqanı işə salıb. Bununla da, IR-6 sentrifuqalarının sayı 60-a çatıb.

Qeyd edək ki, bir IR-6 sentrifuqası ilk nəsil IR-1-lərdən 10 dəfə sürətli zənginləşdirilmiş uran istehsal etmək qabiliyyətinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR