İran və Çin hərbi əməkdaşlığı artırır

İran və Çin hərbi əməkdaşlığı artırır
# 11 sentyabr 2019 11:32 (UTC +04:00)

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Pekinə səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, M. Baqirinin rəsmi qarşılanma mərasimi bu gün günün ikinci yarısında Çin Müdafiə Nazirliyində təşkil olunacaq.

Üç günlük səfər çərçivəsində M. Baqiri çinli həmkarı və digər rəsmi şəxslərlə ölkələr arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR