İranda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı fəaliyyətinə başlayıb

İranda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı fəaliyyətinə başlayıb
# 11 noyabr 2019 11:02 (UTC +04:00)

İranda gələn ilin fevralında keçiriləcək parlament seçkiləri ilə əlaqədar Seçki Qərargahı fəaliyyətinə başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, qərargahın açılış mərasimində ölkənin daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli, seçkilərə mərkəzi nəzarət şurasının və qərargahın üzvləri iştirak ediblər. 2020-ci il fevralın 21-də keçiriləcək 11-ci parlament seçkiləri ilə əlaqədar yaradılan Seçki Qərargahının komitə üzvləri seçki marafonunun gündəliyini müəyyənləşdirəcək və icra edəcəklər.

Qeyd edək ki, İranda parlament seçkilərinə dekabrın 1-dən start veriləcək.

2020-ci ilin fevral ayının 21-də İranın Ekspertlər Məclisinə də səsvermə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR