İranın Lorestan əyalətində mikroavtobus dərəyə aşıb.
APA-nın Tehran bürosunun məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb.
Məlumata görə, mikroavtobusun sərnişinləri Əliqodərz bölgəsində yerləşən ziyarətgaha gedən Əfqanıstan zəvvarları olub.
Yaralılar xəstəxanaya çatdırılıb.