İranın Neft naziri səudiyyəli həmkarını dost adlandırıb

İranın Neft naziri səudiyyəli həmkarını dost adlandırıb
# 02 oktyabr 2019 13:04 (UTC +04:00)

İranın Neft naziri Bijan Namdar Zəngən ölkələr arasında gərginliyə baxmayaraq, Səudiyyə Ərəbistanının yeni Enerji nazirini köhnə dostu adlandırıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Neft naziri Moskvada keçirilən “Rusiya Enerji Həftəsi” adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.

"Şahzadə Əbdüləziz bin Salman əl-Səud 22 illik dostumdur”, - deyə iranlı nazir deyib.

Qeyd edək ki Səudiyyə kral ailəsinin üzvü, şahzadə Əbdüləziz bin Salman əl-Səud ötən ay Səudiyyə Ərəbistanının Enerji naziri təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR