Baş Nazir İraqda baş verənlərlə bağlı Pompeonu məlumatlandırıb

Baş Nazir İraqda baş verənlərlə bağlı Pompeonu məlumatlandırıb
# 07 oktyabr 2019 12:17 (UTC +04:00)

İraqın Baş Naziri Adel Əbdül-Mehdi və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Baş Nazir İraqda yaşanan iğtişaşlarla bağlı M. Pompeonu məlumatlandırıb.

O bildirib ki, İraqda stabillik bərpa olunub, hökumət etirazçıların tələblərinə cavab verən islahatlar paketi hazırlayıb və bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, İraqın paytaxtı Bağdad və digər regionlarda bir neçə gündür etiraz aksiyaları keçirilir. Baş verən toqquşmalarda 100-dən çox etirazçı ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR