İsrail hərbi hava qüvvələri Qəzzaya zərbələr endirib

İsrail hərbi hava qüvvələri Qəzzaya zərbələr endirib
# 08 sentyabr 2019 05:22 (UTC +04:00)

İsrailin döyüş təyyarələri şənbə günü Fələstinin Həmas hərəkatının nəzarətində olan Qəzza bölgəsinə bir sıra hücumlar həyata keçirib.

APA xəbər verir ki, bu barədə “Dunya Al Watan” xəbər portalı məlumat yayıb.

Məlumata görə, sahil anklavının mərkəzi və şimal hissələri bombalanıb. Reydlərin məqsədi, Fələstin tərəfinin fikrincə, sektorda fəaliyyət göstərən müqavimət qruplarının mövqeyi idi. Hələlik xəsarət alan olmayıb.

Şənbə günü İsrail təyyarələrindən biri Qəzzada pilotsuz uçuş aparatını İsrail ərazisinə daxil edən bir qrup fələstinliyə hücum edib. Ardınca sərhəd hasarına doğru partlayıcı qurğu atılıb. Hadisə nəticəsində İsrailə məxsus hərbi avtomobilə ziyan dəyib, ancaq hərbçilər arasında xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR